четверг, 9 апреля 2015 г.

PA70 - Fast Entry / PA71 - Fast Entry of Time Data - məlumatların sürətli daxil edilməsi.

 PA30 vasitəsilə eyni anda yalnız bir işçiyə məlumat daxil edilə bilir. Bu isə istifadəçilər üçün əlverişsizdir. Bunun üçün SAP PA70 və PA71 tranzaksiyalarını təklif edir. Bunlardan istifadə edərək eyni anda çox sayda işçinin hesabına məlumat əlavə oluna bilir.
QEYD:  Bütün İNFOTYPE - lara məlumatları PA70 /PA71 vasitəsilə daxil etmək mümkün deyil.

1. PA70 vasitəsilə məlumatların daxil edilməsi:

1) PA70 daxil edilir.
2) Əsas səhifə bu formada açılır:
3) İstənilən tarix yazılır.
 4) Daxil olmaq istənilən İNFOTYPE seçilir
 5) İşçilərin şəxsi nömrələrini əlavə etməyin üsulu seçilir.

    1. Enter in fast entry screen - şəxsi nömrələri birbaşa daxil etmək.
    2. Manual preselection - nömrələri SEARCH - dən istifadə edərək daxil etmək.
    3. Preselect using report - nömrələri standart və ya istifadəçi proqramlar vasitəsilə daxil etmək.
    4. Preselection w.ad hoc query - nömrələri Ad Hoc Query vasitəsilə daxil etmək.

6) Create with proposal seçimi kliklənir.
    Sistem sizə iki imkan verir. 
     1. Create: Bu müxtəlif ödəniş növlərini(wagetype) müxtəlif məbləğlərdə daxil etmək üçündür.
     2. Create with proposal: Eyni ödəniş növünü bütün işçilərə eyni məbləğdə daxil etmək üçün.       
               
7) Açılan səhifədə məlumatlar ( məbləğ, pul vahidi və s)  daxil ediləndən sonra NEXT SCREEN düyməsi seçilir.

8) Növbəti səhifədə isə şəxsi nömrələr daxil edilib SAVE düyməsi seçilir və məlumat yaradılır. 
    QEYD: Bir səhifədə maksimum 20 işçi daxil edilə bilir. ( Misal: 100 işçiyə məlumat daxil etmək       üçün sonuncu addım OTHER PERS NOM düyməsi seçilərək beş dəfə təkrarlanır)

    Son olaraq PA70/PA71 vasitəsilə yaradılmış məlumatlar dəyişdirilə və ya silinə bilər. Yalnız məlumat yaratmaq üçün istifadə olunmur. PA71-in PA70-dən fərqi isə birincidə yalnız zamanla bağlı ( overtime, məzuniyyət və s.) məlumatların daxil olunmasıdır. 

Комментариев нет:

Отправить комментарий