SAP HR İNFOTYPE-lar işçi haqqında cari və tarixi məlumatları saxlamaq üçündür. Misal üçün vəzifəsi , siğorta müqaviləsi, əmək müqaviləsi, ailə tərkibi, təhsili və s məlumatlar. Sistemdə 600-dən çox İNFOTYPE var. Buda işçinin məlumatlarını geniş şəkildə saxlamağa imkan verir.
İNFOTYPE-lar PA40 və ya PA30 tranzaksiyasları ilə yaradıla, dəyişdirilə və ya silinə bilər.
Hər bir yaradılan məlumatlar uyğun cədvəllərdə saxlanılır.
Yaradılan məlumatlar hər bir işçinin SAP tərəfindən təyin olunmuş nömrəsi ilə PA20 tranzaksiyası vasitəsilə baxıla bilər. Bunun PA30-dan əsas fərqi işçinin hesabına yalnız DİSPLAY modunda açmasıdır. İşçilərin məlumatlarına müxtəlif standart proqramlar vasitəsilə də baxmaq olar.
İstifadəçilərin istəyinə uyğun olaraq əlavə məlumatlar saxlamaq üçün yeni İNFOTYPE-lar yaradıla və ya mövcud olana əlavələr və ya çıxarışlar oluna bilər.
İNFOTYPE lara əlavə olaraq sistemdə SUBTYPE -larda var. Bunlar məlumatın bir yerdə müxtəlif şəkildə saxlanılması üçündür. Təhsil haqqında məlumatı İNFOTYPE kimi düşünsək , ali, orta və ya natamam təhsil bu məlumatın SUBTYPE - ı olur.
PA30 vasitəsilə yeni məlumatın yaradılması :
1. PA30 tranzaksiyası çağırılır. Açılan səhifədə PERSONNEL NUMBER sahəsinə işçinin nömrəsi daxil edilir. Siyahıdan İNFOTYPE seçilir vəya nömrəsini bilirsinizsə İNFOTYPE sahəsinə nömrəni daxil edib( Misalda Education - 0022 ) yarat düyməsi kliklənir.
2. Bu addımdan sonra ekrana pop-up səhifəsi çıxır. Daxıl olunmaq istənən SUBTYPE seçilir.
QEYD: hər bir SUBTYPE - a uyğun gələn səhifə müxtəlif ola bilər.
3. Sonda məlumatları daxil etmək üçün səhifə açılır. Bütün məlumatlar daxil edildikdən sonra SAVE edilir. Və məlumat işçinin şəxsi hesabına əlavə olunur.
PA20 vasitəsilə yaradılan məlumatlara baxmaq:
1. PA20 çağırılır. Uyğun sahəyə işçi nömrəsi daxil edilir. Baxmaq istədiyimiz məlumat siyahıdan seçilib DİSPLAY düyməsi kliklənir.
QEYD: Yalnız qarşısında yaşıl işarə olan İNFOTYPE-larda məlumat var.
2. Növbəti səhifədə yuxarıda daxil etdiyimiz məlumatlar görsənir. PA30-dan fərqli olaraq səhifədəki heç bir sahədə dəyişiklik etmək mümkün deyil.

Комментариев нет:
Отправить комментарий