понедельник, 13 апреля 2015 г.

PERSONNEL NUMBER / PA04 - sistemdə istifadəsi və tənzimlənməsi

İşə götürülmə prosesi zamanı (PA40) hər bir işçiyə sistemdə şəxsi  nömrə ( PERSONNEL NUMBER ) açılır. Bu nömrələr işə qəbul prosesi aparılan zaman tənzimləmələrdən asılı olaraq avtomatik və ya əllə müəyyən edilir. PERSONNEL NUMBER - in əsas üstün cəhəti unikal olmasıdır. Hətta iki eyni adlı işçi sistemdə mövcud olsa belə bu nömrələrlə onların məlumatlarını asanlıqla ayırd etmək olur.
PERSONNEL NUMBER 8 rəqəmdən ibarət olur. Bu nömrələrin təyin olunma ardıcıllığı və intervalların sayı PA04 tranzaksiyası ilə müəyyənləşir.

PERSONNEL NUMBER intervallarının PA04 ilə tənzimlənməsi:

1. Tranzaksiya çağırılır. 

2. Əsas səhifədə 3 seçim verilir.

Sıra ilə seçimlərə baxaq və imkanlar ilə tanış olaq.

1. İntervals -  düyməsi seçilir. 

    Növbəti səhifə açılır.  Bu siyahı sistemdə mövcud olan  nömrə sıralamalarını göstərir. ( Misalda bir     dənə mövcuddur) . 
No - intervalın nömrəsi.
From number - to number - aralığın 00000001 -dən 44444444- ə kimi rəqəmləri əhatə etdiyini göstərir.
Current number - ən son istifadə olunan nömrənin 107 olduğunu göstərir. (Qeyd: növbəti işçiyə sistem 108 rəqəmini təyin edəcək).
Ext - bu seçim isə sayın sistem tərəfindən avtomatik olunduğunu göstərir. Əgər bu kvadrat 
seçilmiş olsaydı bu halda biz nömrəni əllə daxil etməli olardıq. 

2. Geriyə qayıdıb ikinci STATUS seçiminə baxaq.

Yenə yuxarıdakı səhifə açılır sadəcə bu səhifədə CURRENT NUMBER sahəsi girişə açıqdır.
Burdan ən son istifadə olunan işçi nömrəsini dəyişdirmək olur. 
Qeyd:  Əgər biz nömrəni 107-dən bir başa 1-ə çəksək sistem 1-dən başlayaraq nömrələri
yoxlayacaq. Əvvəlcədən istifadə olunmuş nömrələri keçəcək. (Misal üçün 1, 2 , 3, 4 nömrələri
hansısa işçiyə təyin edilibsə sistem 5-dən başlayacaq)

3. Yenidən geriyə qayıdıb İNTERVALS seçimi edilir.

Bu ekranda  FROM NUMBER TO NUMBER seçimləri girişə açıq gəldi. İntervalları burdan
dəyişdirmək olur. Əlavə olaraq ekranın yuxarı hissəsində  iki yeni düymə var.  İkinci düymə intervalı
silmək üçündür.  
Birinci düymə isə yeni interval əlavə olunması üçündür. 

Birinci düymə kliklənir və aşağıdakı səhifə açılır. Yeni intervalın nömrəsi , hansı aralıqda olması qeyd edilir. Sondaki EXT sahəsi kliklənir. Bu o deməkdir ki, bu intervaldan istifadə zamanı PERSONNEL NUMBER əllə daxil ediləcək.  

Bütün məlumatlar daxil edildikdən sonra SAVE düyməsi seçilir İNTERVAL yaradılmış olur. Bir neçə interval yaradıb hər bir departament , şöbə və  s. üzrə müxtəlif aralıqlardan istifadə etmək olar. 
( Misal üçün 1ci departament 00000001 - dən 44444444-ə kimi , ikinci departament isə 44444445-dən 99999999-a kimi olan rəqəmlərdən istifadə edəcək ). 

Əlavə olaraq: İNTERVALLARIN PA40  ilə necə inteqrasiya olunduğunu. Və seçimlərin hansı əsasda aparılması,  tənzimlənməsi , təyin olunmuş nömrənin silinib yenidən istifadə olunması, İNTERVALLARIN şöbələr üzrə bölünməsi və s sonrakı dərslərdə izah olunacaq. 

Комментариев нет:

Отправить комментарий