İlkin olaraq işçinin məlumatları PA40 vasitəsilə sistemdə yaradılır. Daha sonra bu məlumatları
redaktə etmək, kopyalamaq və yenisini yaratmaq üçün ( 0000 və 0001 nömrəli İNFOTYPE-dan başqa)
PA30 -dan istifadə olunur.
1. PA30 əsas səhifə:
Əsas səhifə yuxarıdakı kimi açılır. Əvvəlcədən yaradılmış PERSONEL nömrəsi uyğun sətirə yazıldıqda onun haqqında əvvəlcədən PA40-da yazılmış məlumatlar çıxır. Qarşısında yaşıl işarə olan infotiplərdə məlumatlar var. Boş olanlarda isə heç bir məlumat yoxdur.
Ekrandakı düymələrin izahı:
1) Yeni İNFOTYPE yaradmaq üçün.
2) Yaradılmış İNFOTYPE dəyişiklik etmək üçün.
3) İNFOTYPE yalnız baxmaq üçün. Redaktə üçün sətirlər aktiv olmayacaq.
4) İNFOTYPE kopyalanması.
5) İNFOTYPE məhdudlanması. ( həmin tarixdən o məlumat aktiv olmayacaq).
6) İNFOTYPE silinməsi.
7) İNFOTYPE list formasında baxılması. Əgər bir İNFOTYPE-da bir neçə məlumat mövcuddursa eyni vaxtda və ya müxtəlif vaxtlarda bir səhifədə siyahi kimi göstərilir.
Sistemdə 600-dən çox İNFOTYPE var. Bütün məlumatların saxlanılması üçün geniş imkanlara sahibdi. Növbəti yazılarda çox istifadə olunan İNFOTYPE- ların izahı, tənzimlənməsi və yenilərinin yaradılması haqqında məlumatlar olacaq.
Adlandırma, məlumatların tutulması :
İNFOTYPE-lar PAnnnn kimi adlandırılır. Misal üçün PA0008 . Onlarda saxlanılan məlumatlar uyğun olaraq PA0008 cədvəllərində saxlanılır. Bütün məlumatları bu cədvəldən əldə etmək olur.
QEYD: Ekranda görünən İNFOTYPE-lər və onların düzülüşü tənzimlənəndi. İstəyə uyğun dəyişdirilə , silinə və ya yenisi əlavə oluna bilər.
Комментариев нет:
Отправить комментарий