вторник, 16 июня 2015 г.

INFOTYPE MENU tənzimlənməsi

PA30 və ya PA20 tranzaksiyaları işlədilərkən əsas səhifədə İNFOTYPE-ların sıralaması gəlir. Bu sıralamaları tənzimləmək , İNFOTYPE-ları müəyyən başlıqlar altında qruplamaq olur. Misalımızda bu menyudakı İNFOTYPE-ların sırasını dəyişməsi, yenisinin əlavə olunması və son olaraq yeni menyu başlığı açılması göstəriləcək. Misala keçməmişdən əvvəl PA30 tranzaksiyasını  işlədib  açılan səhifədə İNFOTYPE MENU - ya baxaq:

1. 
2.

Basic Personnal data, Contract data və s. İNFOTYPE MENU-lardı. 

İndi isə keçək tənzimləmələrə. Üstdəki ekrana ilk növbədə "TEST" adında bir menyu yaradaq. 

1. SPRO tranzaksiyası çağırılır    
2.  IMG – Personnel Management – Personnel Administration – Customizing Procedures – Infotype Menus – Infotype Menu addımları izlənir. 
3. Açılan pəncərədə  User group dependency on menus seçimi kliklənir.
4. Yaradacağımız menyu yaradılır və xüsusiyyətləri daxil edilir.

5. Daha sonra geri qayıdıb  Infotype menu seçimi kliklənir.  
6.  Açılan ilkin pəncərədə yaratdığımız İNFOMENU (Misalda 08 ) daxil edilir seçim kliklənir.
7.Açılan pəncərədə menyuda görsənməli olan İNFOTYPE-lar əlavə olunur. Save edilir.  İNFOTYPE-lar əsas səhifədə burda göstərdiyimiz ardıcıllqla göstəriləcək.
8. Yenidən geri qayıdırıq. Determine choice of İNFOTYPE menus secimi açılır. 
9. Pəncərədən İNFO GROUPE seçilir . Yaratdığımız ilkin menyu bu siyahıya əlavə olunur və save edilir. İstədiyimiz menyu İNFOTYPE-larla PA30/PA20 səhifəsinə əlavə olundu.

Yoxlamaq üçün PA30 səhifəsi açılır. Göründüyü kimi yaratdığımız TEST menyusu ekranda görsəndi.

пятница, 5 июня 2015 г.

Add fields to standard Infotype I / INFOTYPE-lara sahələrin əlavə olunması I

İş prosesi zamanı istifadəçilərin istəklərinə uyğun yeni İNFOTYPE-lar yaratmaq olur. Həmçinin bəzi hallarda yenisini yaratmaq əvəzinə sistemdə mövcud olan İNFOTYPE üçün bəzi bizə lazım olan əlavələr etmək mümkündür. Bu dərsdə sistem İNFOTYPE-na istifadəçi sahəsi əlavə olunacaq. Misal üçün işçiyə verilən mükafatları saxlamaq üçün istifadə olunan 0183 İNFOTYPE-na standartda olmayan bir sahə əlavə edək hansı ki, mükafatı verilən təşkilatın adını özündə saxlayacaq.

İNFOTYPE-ın əvvəlki görünüşünə baxaq.
Həllin sonunda bu pəncərəyə istədiyimiz sahə əlavə olunacaq.

1. PM01 tranzaksiyası çağırılır.
 2.Açılan pəncərədə SİNGLE SCREEN tab-ı seçilir. Məlumatlar uyğun olaraq daxil edilir: İNFOTYPE-ın nömrəsi, VERSİON - hansı ölkə üçün istifadə olunduğunu,  Customer İnclude seçilir və Generate Objects düyməsi kliklənir.
Sistem CI_P0183 STRUCTURE-ni yaratmaq haqqında məlumat verir.  CI_P0183 əlavə olunan sahələr birbaşa PA0183 structure-na əlavə olunur. Sistem bu yeri istifadəçilərin əlavələri üçün ayırıb.

4. Lazımlı sahələr əlavə olunduqdan sonra STRUCTURE aktiv edilir. 


5. Yenidən eyni səhifədə İnclude Screen  seçilir, screen 0200 yazılır və EDİT düyməsi kliklənir.  
SE51 Layout Editor səhifəsi açılır. Sistem avtomatik olaraq 0200 nömrəli screenli ZP018300 proqramı yaradıb. Bunun üzərində dəyişikliklər etmək mümkündür. İstəyə uyğun olaraq sahənin yerini, yazısını  dəyişdirə bilərik.  Həmçinin FİELD-i checkbox, radiobutton və ya listbox formasına çevirə bilərik. İstədiyimiz dəyişiklikləri edib aktiv edirik.

Nəticə : Artıq yeni FİELD 0183 nömrəli İNFOTYPE-a əlavə olunub . PA30 tranzaksiyasını çağırıb yeni məlumat yaradanda səhifənin aşağı hissəsində əlavə etdiyimiz FİELD gələcək. 


Qeyd:  FİELD həmçinin PA0183 cədvəlinə də əlavə olunub.

среда, 27 мая 2015 г.

Creation of Custom Infotype / Müştəri İNFOTYPE-ların yaradılması

SAP HCM istifadəçilərinə işçilər haqqında məlumat saxlamaq üçün geniş İNFOTYPE siyahısı təqdim edir. Buna baxmayaraq bəzi hallarda istifadəçilərin tələbindən asılı olaraq əlavə İNFOTYPE yaratmaq mümkündür. Aşağıdakı dərsdə işçinin mobil telefon nömrəsini saxlamaq üçün yeni İNFOTYPE yaradılması göstərilmişdir.

Qeyd: İstifadəçinin yaratdığı İNFOTYPE-ları adlandırmaq üçün sistemdə 9000-9999 nömrə aralığı təklif olunur.

1. PM01 transaksiyası çağırılır.

2.  Açılan səhifədə qeyd olunan seçimlər olunur və GENERATE OBJECTS düyməsi klikənir. 
     Nümunədəki İNFOTYPE yalnız işçilər üçün istifadə olunacağından EMPLOYEE İNFOTYPE seçilir. 
3. Növbəti pəncərədə PS9907 STRUCTURE - nı yaratmağ üçün CREATE seçimi edilir.

4.Açılan səhifədə İNFOTYPE-ın STRUCTURE-da DATA elementlər təyin olunur. Aktiv olunur və yenidən əsas səhifəyə qayıdırıq.
   Z_OPERATOR - mobil operator
   Z_KOD - mobil operator kodu
   Z_NOMRE - mobil nömrə
5.  Əvvəlki səhifədə İNFOTYPE CHARACTERİSTİCS seçilir . Açılan cədvəldə yaratdığımız İNFOTYPE əlavə olunur və onun xüsusiyyətləri seçilir.
6.EDİT modunda açılan cədvəldə NEW ENTRY düyməsi seçilir yaratdığımız İNFOTYPE cədvələ əlavə olunur və xüsusiyyətləri seçildikdən sonra yaddaşa yazılır. Yenidən öncəki səhifəyə qayıdılır.


İNFOTYPE hazırdır. PA30 tranzaksiyasından işçilər üçün istifadə oluna bilər.

Açlan səhifədə əvvəldən təyin etdiyimiz seçimlərə uyğun məlumatlar daxil edilərək. İNFOTYPE-dan istifadə olunur.




понедельник, 18 мая 2015 г.

SAP HR Personnel Administration(PA) tranzaksiyalar


PA00 -  PA üçün ilkin başlama səhifəsi. Bu kodu işlətməklə PA-nın ilkin menyusu əsas səhifədə görsənir.

PA03 -  Bunun vasitəsilə Payroll Control Record tənzimlənir. Bu özündə Payroll-un statusunu, zamanı və s tənzimləyir. Bundan istifadə edərək Payrolla əlaqəli İNFOTYPE-lara məlumatların yazılmasını bloklamaq və ya icazə vermək olar. Payrollu işlətmək üçün bu tranzaksiyalardan tənzimləmələr edilir.

PA04 - Şəxsi nömrə aralıqlarının tənzimlənməsi. Bununla işçilərə təyin olunan nömrələrin sıralaması, qruplaşması, hansı aralıqda istifadə olunması tənzimlənir.

PA10 - Şəxsi məlumatların baxılması. Bu tranzaksiyanın köməkliyi ilə işçinin bütün məlumatları sıralı şəkildə baxılır. Məlumatları dəyişdirmək olmur . Yalnız VİEW modunda açılır.

PA20 - İşçinin  məlumatları baxılması üçündür. PA10-dan əsas fərqi burda yalnız istədiyimiz İNFOTYPE-lara baxılmasıdır.  Məlumatları dəyişdirmək olmur yalnız VİEW modunda açılır.

PA30 - Bundan şəxsi hesab nömrələrinə məlumatların əlavə olunması, yenilərinin yaranması və  köhnə məlumatların dəyişdirilməsi üçün istifadə olunur.

PA40 -  Actionların aparılması üçün istifadə olunur. İşçnin işə qəbulu, işdən çıxarılması, vəzifə dəyişikliyi  və s.

PA41 -  İşçinin işə qəbul və ya işdən çıxma vaxtını dəyişidirmək üçündür. Həmçinin yeni işə qəbul olunmuş işçinin Personnel areasını dəyişdirmək mümkündür.

PA42 - Bir neçə işçinin eyni anda işə qəbulu üçün istifadə olunur. Actionların topdanaaparılması üçündür.

PA48 - SAP HCM-in digər modulu olan Recruiting-dən işə müraciət edənlərin məlumatlarını PA-ya köçürülməsi üçün istifadə olunur.

PA51/ PA53 - İşçinin Time Data-larına baxmaq üçün istifadə olunur. İstənilən işçinin nömrəsi daxil olunaraq məumatları baxıla bilir.

PA61 -  İşçiyə Time Data-ya aid məlumatların daxil edilməsi, dəyişdirilməsi.

PA70/PA71 - Müəyyəin İNFOTYPE-lara məlumatların topdan daxil edilməsi. Yəni bir əməliyyat aparmaqla birdən çox işçiyə məlumatların əlavə olunması . (Misal: Bonusların verilməsi və s.)

PAAH - Bu tanzaksiya vasitəsilə Ad-Hoc query-lər səhifəsi açılır. Bunların vasitəsilə heç bir  kod yazılmadan məlumatların baxılması mümkündür.

PU00 - İşçilərin məlumatlarının sistemdən tamamilə silinməsi üçün istifadə olunur. Ancaq bir şərtləki işçi haqqında heç bir Payroll nəticəsi olmasın. (Əmək haqqı hesablanmış olmasın).

пятница, 8 мая 2015 г.

PERSONNEL NUMBER VƏ MƏLUMATLARIN SİSTEMDƏN SİLİNMƏSİ / PU00 / RPUDELPN

Sistemdə yeni işçi yaradarkən müəyyən poblemlər üzə çıxa bilir. Məsələn işçi yalnış tarixə qeydiyyata alınır və ya eyni gündə şirkəti tərk edir və s. Bu misallarda sizə yaratdığınız PERSONNEL NUMBER - i və ona aid bütün məlumatları sistemdən silməyiniz lazım olur.

Bunu etmək üçün sistem bir neçə imkan  təklif edir:

1) PU00 transaksiyası vasitəssilə PERSONNEL NUMBER və məlumatların silinməsi.

Bundan istifadə etmək üçün sistemdə bu nömrəyə aid PAYROLL nəticələri olmamalıdır. Əgər varsa PU01 vasitəsilə ilk növbədə nəticələr silinir daha sonra ilkin proses aparılır.

PU00 transaksiyası çağırılır. 
 Silmək istədiyimiz nömrə daxil edilir.
 Ona aid silinmək istənilən məlumatlar seçilir və DELETE düyməsi sıxlır. 
Bütün məlumatlar silinir. Artıq bu nömrə (Misalda : 19 ) sistemdə yenidən istifadə oluna bilər.


2) RPUDELPN  proqramı ilə məlumatların və PERSONNEL NUMBER-in sistemdən silinməsi. 
SE38 transaksiyasından  RPUDELPN proqramı işlədilir

 
Silmək istədiyiniz nömrələr daxil edilir. Bu proqramın PU00 -dan fərqi eyni anda 1-dən artıq PERSONNEL NUMBER -in sistemdən silə bilməsidir. 

RUN düyməsi seçilir. Və məlumatlar silinir.

QEYD: Bu proqramla işləmək istifadəçilər üçün təhlükəlidir. Çünki səhv istifadə nəticəsində sistemdə lazımlı məlumatlar silinə bilər.  Və bunların geri qaytarılması mümkün deyil. Bundan yalnız  təcrübəli işçilərin istifadə etməyi məsləhət olunur.

Son olaraq silinmiş PERSONNEL NUMBER-lər sistemdə yenidən istifadə olunması üçün PA04 transaksiyasından interval geri çəkilir.  Misal : Son istifadə olunan nömrə 19-dur. Bu o deməkdir ki, növbəti 20-ci olacaq. Biz isə 19-u sistemdən silmişik. Buna görə də son işlənən nömrə dəyişdirilib 18 edilir. Və sistem növbəti işçiyə 19 rəqəmini təyin edir

вторник, 21 апреля 2015 г.

Actions (Infotype 0000) / Ümumi məlumat və tənzimlənməsi

Məqsədi 
Bu İNFOTYPE  özündə şəxsin karyerası ilə bağlı olan məlumatları saxlayır. Misal üçün işə qəbul, vəzifə dəyişikliyi, işçinin statusu və s. Bu İNFOTYPE yalnız ACTİON aparılan zaman dəyişdirilir. PA30-dan dəyişdirmək olmur. 

Vaxt məhdudiyyəti ( Time constraint ) 
İNFOTYPE-da heç vaxt kəsişmə və ya boşluq ola bilməz. Yəni  işçi eyni anda həm "AKTİV" həmdə "İNAKTİV" ola bilməz. Əgər işçi işdən çixarılarsa məlumatın bitmə tarixi sonsuzluq olur. Yəni bu İNFOTYPE silinə bilməz. 

Əsas FİELD-lərin izahı və tənzimlənmələri
İNFOTYPE-ın əsas səhifəsi yuxarıdakı kimi açılır. Növbə ilə yuxarıdan başlayaraq sahələrin  tək-tək izahına keçək.

1. Personnel actions

Action Type - bu əməliyyatla hansı ACTİON-ın aparıldığını göstərir. Misal üçün işə qəbul , işdən azad olunma, iş vaxtının dəyiklikliyi və s. İstifadiçilərin istəyinə uyğun ACTİON-lar yaradıla və bu siyahıya əlavə oluna bilər. Uzun proses olduğundan ayrıca dərsdə bu izah olunacaq.

Reason for Action - Bu əməliyyatın (Nümunədə - İşə qəbulun) hansı səbəbdən aparıldığını göstərir. Bunlar müxtəlif ola bilər - yeni vakansiya, xüsusi proyekt üçün və s. İstəyə uyğun əlavə səbəblər yaradıla bilər . Bunların tənzimlənməsi SM31 tranzaksiyası vasitəsilə  V_T530  cədvəlində aparılır. 
Bu cədvəldən mövcud "REASON" sistemdən silinə , yenisi əlavə oluna və ya adı dəyişdirilə bilər.

2. Status
Bu işçinin hansı statusta olacağını göstərir. Misalda ACTİON işə qəbul olduğundan işçinin statusu "ACTİVE"-dir. Müxtəlif misallarda fərqli ola bilər : İnactive, Retire ( təqaüdə çıxmış) və s. Bu sahəni tənzimləmək üçün SM31 vasitəsilə V_T529U cədvəlindən istifadə olunur. 

 3. Organizational assigment 
Bu sahə işçinin işlədiyi qurumdakı vəzifəsi  , hansı departamentə və ya filiala aid olduğunu, və ixtisasını göstərir. 
Position - işçinin vəzifəsini. ( proqramçı, əməliyyatçı və s.)
Personnel area - şirkətin bölgüsünə uyğun olaraq hansı sahədə işlədiyi.( Şəhər filialları , Bölgələr və s.)
Employee group - Hansı işçi sinfinə aid olduğu .
Employee subgroup - İşçi siniflərinin alt qrupları.

Qeyd: Yuxarıdakı misal heç də bütün şirkətlər üçün eyni deyil. Şirkətlər öz istəklərinə uyğun olaraq bu bölgüləri müxtəlif apara bilər.  Bu seçimlərin tənzimlənməsi HR-ın OM və PAYROLL modulu ilə əlaqəli olduğundan əlavə dərsdə geniş izah olunacaq.

вторник, 14 апреля 2015 г.

Time Constraints in HR Master Data / Vaxt məhdudiyyətləri

Ümumi məlumat
Yeni məlumat yaradarkən, mövcud məlumata əlavələr və ya dəyişikliklər edərkən sistem məlumatın zaman tipinə uyğun olaraq müxtəlif reaksiya verir : köhnə məlumatı silir, limitləyir  və ya məlumatı iki hissəyə ayırır. Bu da bizə sistemdə  bir İNFOTYPE - a uyğun bir neçə məlumat saxlamağa imkan verir.  Sistemin yaratdığımız məlumata necə davranmağı İNFOTYPE-ın zaman xüsusiyyətlərinə uyğun dəyişir. Ümumilikdə sistemdə vaxt məhdudiyyətləri 3 yerə bölünür , əlavə olaraq A,B,T,Z vaxt bölgüləridə var. Bütün TİME CONSTRAİNTS-ların  misallarla izahına keçək.


Time Constraint 1
Buna uyğun məlumatlarda kəsişmə və ya boşluq ola bilməz. 
Misal: Organizational Assignment (0001) İNFOTYPE-ı sistemdə mövcud olan bütün işçilərdə mütləq olmalıdır. Sistem bu İNFOTYPE-dakı məlumatı bütün proseslər zamanı istifadə edir. Çünki sistem işçinin hansı vəzifədə olduğunu və statusunun nə olduğunu bilməlidir. Bu məlumat unikal olmalıdır.  Çunki eyni anda işçinin statusu  ACTİVİNACTİVE ola bilməz. 

Time Constraint 2
Eyni anda yalnız bir aktiv məlumat ola bilər. İki məlumat arasında boşluq mümkündür.  Bu xüsusiyyətli məlumatların tarixi kəsişə bilməz. Bu məlumatların mövcudluğu məcburi deyil. Buna uyğun  məlumat yaradanda sistemdə bu məlumat varsa avtomatik olaraq köhnəni limitləyir. Yəni ilk yaradılanın bitmə tarixi ikincinin başlama tarixi olur.

Time Constraint 3
Boşluq mümkündür, eyni anda bir neçə məlumatın olmasına imkan verir. Məlumatlar bir biri ilə konflikt yaratmır. Bu məlumatların olması vacib deyil.
Misal: Powers of Attorney(0030) . Bu özündə işçinin vəkalətnamələrini saxlayan İNFOTYPE-dır. Bu da aydındır ki, eyni anda işçinin bir neçə belə sənədləri ola bilər. 

Time Constraint A
Buna uyğun İNFOTYPE-lar yalnız sistemdə bir dəfə yaradılır və onun etibarlılıq müddəti 01.01.1800 - 31.12.9999  tarixi ilə müəyyən olunur. Bu İNFOTYPE-lar silinmir, sistemdə bölünmür  və ya limitlənmir.

Time Constraint B
Bunlar da eynən Time Constraint A-ilə eyni xüsusiyyətlərə malikdir. Sadəcə bu məlumatlar sistemdən silinə bilir.

Time Constraint T
Əgər İNFOTYPE-ın vaxt məhdudiyyəti SUBTYPE-larına uyğun müəyyənləşirsə bunlar T tipinə aid olur.
Misal: Ailə üzvlərinə aid İNFOTYPE (0021) özü T tiplidir.
Lakin alt tipləri (SUBTYPE) olanlar müxtəlif vaxt tiplərinə aid olur.

İnfotype 0021 - Time constraint T.
Spouse subtype (həyat yoldaşı) - Time constraint 2 .
Child subtype (Uşaq) - Time constraint 3.

Time Constraint Z
TİME MANAGMENT-ə aid bütün İNFOTYPE-lar bu vaxt məhdudiyyətlərinə aiddir.